Hümbət Hüseynov: “Bu günədək xəritələrin verilməməsi bələdiyyələrə çox ciddi problem yaratmaqdadır”
“Ötən il həyata keçirilən bələdiyyələrin birləşdirmə prosesi bu qurumların inkişafına göstərilən bir stimuldur. Düşünürəm ki, paytaxtda formalaşan bələdiyyələrə cari ildə xəritələrin verilməsi baş tutarsa bu da bələdiyyə sisteminin inkişafına xidmət edən növbəti stimul ola bilər”
Belediyye.info
xəbər verir ki, bu fikirləri Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli
Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin
sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında
deyib.
Hümbət Hüseynov çıxışında qeyd edib ki, qanunvericiliklə
verilən səlahiyyətlər çərçivəsində bələdiyyələr büdcə gəlirlərini artıra bilərlər.
Sədr bildirib ki, “Qeyri-yaşayış
təyinatlı tikili obyektlərin
istismara verilməsi ilə bağlı” əlavə tədbirlər haqqında 14 iyul 2023 -cü il
tarixdə Prezident Fərman imzalamışdır. M.Ə.Rəsulzadə qəsəbəsində prosedur
qaydalara uyğun olaraq sənədsiz qeyri-yaşayış obyektləri üçün kifayət qədər
qeyri-yaşayış sahəsi qeydiyyata alınaraq çıxarışlarla təmin olunublar. Lakin 25
il keçməsinə baxmayaraq, Bakı bələdiyyələrinə xəritələrin verilməməsi
ucbatından sənədləşdirilən əmlakın altındakı torpaqların heç biri bələdiyyəyə deyil,
məhz dövlət torpağı kimi qeydiyyata alınmışdır.
1999-cu
ildə bələdiyyələrin ilkin fəaliyyət dövründə rəsmi qaydada M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə 501,26 ha torpaq sahəsi verilib. Bu gün M.Ə.Rəsulzadə
bələdiyyəsinin kollektivi mülkiyyətə verilmiş torpaq sahəsinin axtarışdındadır.
Bu günədək müvafiq mərkəz icra orqanları tərəfindən xəritələrin verilməməsi bələdiyyələrə çox
ciddi problem yaratmaqdadır. Əmlakların altındakı torpaqları dövlət torpağı
kimi qeydiyyata alınması bələdiyyənin obyekt sahibləri ilə birbaşa icarə
müqaviləsinin bağlanılmasını mümkünsüz
edib. Nəticədə bələdiyyə büdcəsi kifayət
qədər vəsaitdən məhrum olmaqdadır.
Əgər
bələdyyə 26 il əvvəl formalaşıbsa, onun fəaliyyəti üçün bu illər ərzində müəyyən
maliyyə istiqamətləri qanunvericiliklə müəyyən edilibsə, o cümlədən mülkiyyətə əmlak və torpaq verilməsi nəzərdə
tutulubsa, xəritələrin bələdiyyələrə təqdim edilməsi hansı səbəbdən inidyədək başa çatdırılmayıb. Axı prosesin ləngiməsi bələdiyyənin
büdcə daxilolmaların həcmini azaltmış olur, bu da öz növbəsində bələdiyyə ərazisində
yaşayan sakinlərin hansısa probelminin həllinə
öz neqativ təsirini göstərmiş olur.
Nəticədə sakin mərkəzi icra orqanından deyil, məhz səs verdiyi bələdiyyədən
narazı qalmış olur.
Cari il cənab Prezidentin Sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və memarlıq “ ili elan edilib.
İnanırıq müvafiq mərkəzi icra orqanları məhz bu il bələdiyyələrin xəritələrini
təqdim etməklə bu qurumların üzləşdiyi problemlərin həllinə təkan vermiş
olacaqdır.
H.Hüseynov
çıxışında daha sonra əlavə edib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə
"torpaq satan təşkilat" kimi tanınırdı:
"Düşünürəm ki, bu anlayış artıq bizim leksikonumuzdan
çıxmalıdır. Lakin 2018-ci ildə qəbiristanlıqların bələdiyyələrin balansına
verilməsinə görə, belə görürəm, bələdiyyələr "qəbir yeri satan təşkilat"
kimi tanınacaqlar. Bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim
olunur. Məsələn, Binəqədi rayonunda Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən
müəyyən olunmuş 63 manat məbləğində rüsum tətbiq edilir. Sual yaranır, bu rüsum
hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə palatası və müvafiq
orqanlar tərəfindən tənzimlənməlidir".
Assosiasiya sədri vurğulayıb ki, belə torpaq sahələrinin vətəndaşlara
ödənişsiz təqdim edilməsi daha doğru olardı.
"Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağır olan
şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdə tutulur. Lakin düşünürəm
ki, torpaq sahəsinin verilməsi də ödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə
bələdiyyələr yenidən "torpaq satan qurum" kimi formalaşmış mənfi
imiclə üzləşməsin", - o qeyd edib.
Sözünə davam edən assosiasiya sədri qeyd edib ki, təhvil-təslim prosesinin tələm-tələsik şəkildə aparılması, üstəlik qəbirstanlıq ərazisinin bələdiyyənin mülkiyyətinə verilməməsi və bu prosesin icrasında bürokratik amillərin mövcudluğu nəticədə bələdiyyələr tam şəkildə qəbirstanlıqlara sahib çıxa bilməmələrinə bir növ şərait yaratmaqdadır. Bu cür yanaşma isə nəticədə bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edilməsinə imkan verir. Bələdiyyələr üçün ciddi əhəmiyyət kəsb edən bu problem hazırda öz həllini gözləyir.
Belediyye.info
Rəylər
0 Rəy